130 kq çəkisi olan oyunçu tarixə düşdü - VİDEO

130 kq çəkisi olan oyunçu tarixə düşdü - VİDEO

Misirdə keçirilən kişilər arasında həndbol üzrə dünya çempionatında maraqlı hadisə yaşanıb.

Sport7.az xəbər verir ki, tarixində ilk dəfə mundiala vəsiqə qazanan Konqo Demokratik Respublikasının heyətində meydana 130 kq çəkisi olan idmançı çıxıb. Tyerri Qotye Mbumbi dünya çempionatının ən ağır çəkili həndbolçusu kimi tarixə düşüb.

26 yaşlı oyunçu D qrupunda Argentinaya 22:28, Danimarkaya isə 19:39 hesabı ilə uduzduqları qarşılaşmada 4 dəfə fərqlənib. O, Bəhreynə 27:34 hesabı ilə uduzduqları görüşdə isə 5 dəfə topu rəqib qapısından keçirib.

Mbumbinin görünüşü onun nə qədər çəkisi olması ilə bağlı suallar yaradıb. Misirdəki yarışın rəsmi saytı həndbolçunu 89 kq ağırlığında və 1.89 metr hündürlükdə göstərib. 
 
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR