1:59:40 - Eliud Kipçoqe tarix yazdı (VİDEO)

1:59:40 - Eliud Kipçoqe tarix yazdı (VİDEO)

Eliud Kipçoqe tarixi nəticəyə imza atıb.

34 yaşlı atlet "Ineos 1:59 Challenge" çərçivəsində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən marafon yarışını (42.195 km. - Sport7.az) 1 saat 59 dəqiqə 40 saniyəyə qət edib. Beləliklə, keniyalı atlet marafon məsafəsini 2 saatdan az bir müddətdə tamamlayan ilk insan kimi tarixə düşüb.

"Məsafəni 2 saatdan tez bitirdiyim üçün xoşbəxtəm. İnsan övladının limiti yoxdu. Ümid edirəm ki, bu gündən sonra daha çox insan eynisini təkrarlamağa çalışacaq".

Qeyd edək ki, bu nəticə IAAF tərəfindən rəsmi rekord kimi qiymətləndirilməyəcək.

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR