1:6 hesabı ilə uduzan yığmamızın baş məşqçisi:

1:6 hesabı ilə uduzan yığmamızın baş məşqçisi: "İlk 30-35 dəqiqədə üstün futbol oynadıq"

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün Yunanıstan yığması ilə keçirilmiş oyunla bağlı fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, baş məşqçi açıqlamasında 1:6 hesablı məğlubiyyəti belə izah edib: "İlk 30-35 dəqiqə rəqibdən aşkar üstün futbol oynadıq. Təəssüf ki, yaratdığımız 3 qol epizodundan istifadə edə bilmədik. Futbol elə oyundur ki, yaratdığın qol imkanlarından istifadə edə bilməsən, bunun acısını çəkəcəksən. Nəticədə belə də oldu. Qapımıza təyin olunan penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi. 9 dəqiqə ərzində qapımızdan 3 top buraxdıq. Fasilədən sonra qollardan birinin əvəzini çıxsaq da, rəqib əks-hücumlarda hesab arasındakı fərqi artırdı. Bu qarşılaşmanı unudub növbəti oyunu düşünməliyik”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR