17 yaşlı futbolçu Ronaldonun rekordunu qırdı

17 yaşlı futbolçu Ronaldonun rekordunu qırdı

"Sportinq"in futbolçusu Joelson Fernandeş "Yuventus"un ulduzu Kriştianu Ronaldonun rekordunu yeniləyib. 

Sport7.az xəbər verir ki, hücumçu "Jil Visente" ilə qarşılaşmada 17 yaş 4 ay 3 günlüyündə əsas komandada debüt edib. Ronaldo isə "Sportinq"də İtaliya "İnter"inə qarşı 17 yaş 6 ay 9 günlüyündə meydana çıxmışdı. 

Portuqaliyalı superulduz "Sportinq"də 25 oyuna 3 qol vurub. O, 2003-cü ildə "Mançester Yunayted"ə keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR