2 paracüdoçumuz finalda, 4-ü bürünc üçün yarışacaq

2 paracüdoçumuz finalda, 4-ü bürünc üçün yarışacaq

Daşkənd Qran-Prisinin ikinci günündə Azərbaycanın paracüdoçularndan 2 nəfər finala çıxaraq birinci yer uğrunda, 4 nəfər isə üçüncü yer uğrunda yarışacaqlar.

Sport7.az xəbər verir ki, Xəbər verdiyimiz kimi bu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Qran-Pridə Azərbaycanın paracüdoçularndan Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq), İlham Zəkiyev (+100), Dürsədəf Kərimova (+70), Xanım Hüseynova (63 kq) və Zülfiyyə Hüseynova (70 kq) yarışlara qatılıblar.

Keçirilmiş yarışlarda paracüdoçularımızdan Kənan Abdullaxanlı (100 kq) və Xanım Hüseynova (63 kq) finala çıxaraq birinci yer uğrunda, kişilərdən İlham Zəkiyev (+100 kq), Hüseyn Rəhimli (81 kq), qadınlardan Dürsədəf Kərimova (+70) və Zülfiyyə Hüseynova (70 kq) isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Final yarışları bu gün saat 16.00-da keçiriləcəkdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR