"2:0 hesabı ilə qalib gələ bilərdik" – "İnter"İn futbolçusu

"İki fərqli oyun oldu. Biz orda bir, burda isə başqa fikirlə oynayırdıq. Burda taktikamızı və oyun üslubumuzu dəyişmişdik".

Sport7.az-ən "Report"a istinadən yaydığı xəbərə görə, bu sözləri UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" (Bilbao) klubu ilə keçirilən cavab qarşılaşmasından sonra Bakı "İnter"inin braziliyalı futbolçusu Diaqo Martins bildirib.

O, İspaniyadakı oyunla müqayisədə burda daha yaxşı oynadıqlarını deyib:

"Bilirsiniz ki, "Atletik" böyük komandadır. Buna baxmayaraq biz yaxşı oynadıq. Şanslarımız oldu, düşünürəm ki, biz 2:0 hesabı ilə qələbə qazana bilərdik. Lakin şanslarımızı əldən verdik. Bu da tam bizimlə bağlı olan məsələ deyil. Qarşımızda "Atletik" var idi".

Diaqo bu matçın onun üçün yaxşı təcrübə olduğunu qeyd edib:

"Düşünmürəm ki, bu, mənim ən yaxşı oyunum idi. Start heyətində ikinci dəfə idi ki, meydana çıxırdım. Hələ ki, istədiyim fiziki göstəricilərə çatmamışam. Mən tam formaya düşəndən sonra, əminəm ki, bundan da yaxşı oynayacağam. Mən "İnter"ə bundan da çox xeyir verəcəyəm".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR