İlkinin ilki

İlkinin ilki

"Zirə”nin futbolçusu İlkin Qırtımov komandanın heyətində ilk qolunu vurub.
 
Sport7.az xəbər verir ki, müdafiəçi Topaz Premyer Liqasının XXIV turunun "Sumqayıt”la ev oyununda (2:0) rəqib qapısına yol tapıb.
 
İlkin "qartallar”ın tarixinə Premyer Liqada qol sevinci yaşayan 33-cü futbolçu kimi düşüb. Ona qədər 32 oyunçu bunu bacarmışdı. Bu siyahıda ilk üç yerdə Nelson Bonilla (14), Riçard Qadze (10) və Milan Duriç (8) qərarlaşıb.

"Zirə”də cari mövsümdə debüt edən Qırtımov qol hesabını Premyer Liqadakı 20-ci oyununda açıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR