Bakı Birinciliyinin qalibləri müəyyənləşdi

Bakı Birinciliyinin qalibləri müəyyənləşdi

8-9 iyun tarixlərində Milli Gimnastika Arenasının köməkçi zalında Akrobatika Gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, həmçinin İdman Gimnastikası üzrə 26-cı Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçirilib.

Sport7.az xəbər verir ki, 2 gün davam edən turnirdə həm təcrübəli böyük gimnastlar, həm də daha azyaşlı idmançılar öz proqramlarını hakimlərə təqdim edərək, öz aralarında güclüləri müəyyənləşdiriblər.

İdman gimnastları "böyüklər”, "gənclər”, "yeniyetmələr”, "uşaqlar”, "balacalar” və "kiçiklər” yaş kateqoriyasında, akrobatlar isə "gənclər”, "yeniyetmələr”, "uşaqlar” və "balacalar” yaş kateqoriyasında çıxış ediblər.

Yarışlarda 100-dən çox gimnast Bakı Gimnastika Məktəbi, Ocaq Sport Klubu, Neftçi İdman klubu, Nizami rayonu idman məktəbi və Sumqayıtı təmsil edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR