"Neftçi" rumıniya klubuna qarşı

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi növbəti yoxlama oyununa çıxacaq. 
 
Sport7.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün Rumıniyanın "Politexnika İaşi" klubu ilə qarşılaşacaq.

"Neftçi"nin ikinci sınağı  "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydançasında olacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" ilk sınaq matçında "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın "Vorskla" klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar" iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR