"Barselona" yeni transferini açıqladı

"Barselona" Kori Hiqqinsi heyətinə qatıb.

Klub saytının məlumatına görə, Hiqqinslə 3 illik müqavilə imzalanıb.

30 yaşlı basketbolçu son 4 mövsümü ÇSKA-nın heyətində keçirmiş və "ordu klubu"nun heyətində 2 dəfə Avroliqanın, 4 dəfə isə VTB Liqasının qalibi olmuşdu. Moskvalıların heyətində 239 matçda meydana çıxan K. Hiqqins 11,4 xal, 2,0 ribaund, 1,8 asist və 0,8 top oğurlama ortalamaları ilə yadda qalıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR