Qaliblər mükafatlandırıldı

Qaliblər mükafatlandırıldı

"Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilən Braziliya ciu-citsusu üzrə beynəlxalq yarışın qalibləri müəyyənləşib. 
 
Sport7.az xəbər verir ki, çempionatda 13 ölkədən 30 komanda iştirak edib. Yarışda 172 idmançı birincilik uğrunda mübarizə aparıb.

Turnirin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Şiraslan Kərimov Azərbaycanda idmanın inkişafına göstərilən yüksək diqqət və qayğıdan söhbət açıb. Bildirib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə mühüm nailiyyətlər qazanılıb.

Dünyada tanınmış Braziliya ciu-citsu məktəblərindən sayılan "Ludus”un təsisçisi və rəhbəri, 3-cü dan qara kəmər sahibi Aleksandr Deda Faria Azərbaycanda da idmanın bu növünün kifayət qədər tanındığını və kütləviliyinin sürətlə artırıldığını bildirib.

Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov bu yarışla ölkəmizin idman tarixində bir ilkə imza atıldığını vurğulayıb.

Çıxışlardan sonra açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, Braziliya ciu-citsusu üzrə beynəlxalq turnirlər adətən bir neçə nüfuzlu qurumlar, o cümlədən Abu Dabi Jiu Jitsu Pro Federasiyasıdır (AJP). Azərbaycanda bu idman növü üzrə artıq neçə illərdir yerli yarış və çempionatların keçirilməsinə baxmayaraq, Braziliya ciu-citsusu üzrə belə böyük turnir – "Abu Dhabi International Pro” ilk dəfə təşkil olunur. Turnirin ölkəmizdə keçirilməsində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin böyük rolu var.

Tədbirdən sonra yarışlara start verilib. Ümumi nəticələrə görə komanda hesabında qalib gələn Azərbaycan yığmasının üzvlərinə mükafatlar təqdim edilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR