"Qarabağ" - APOEL matçına neçə bilet satılıb?

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində, Bakıda keçiriləcək "Qarabağ" - APOEL matçına iki gün qalıb.
 
Sport7.az xəbər verir ki, matç üçün bilet satışı davam edir. Görüşün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi də matça marağı artırıb. Sözügedən stadionda yerlərin çox olması azarkeşlərin durmadan bilet almasına rəvac verir. Son məlumata görə artıq 24 min bilet öz sahibini tapıb.
 
31 200 nəfərlik tutuma malik arenada baş tutacaq oyun üçün biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir. Görüşü canlı izləmək istəyən azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, Gənclik və 28 Malldan (iticket satış məntəqəsi), Park Bulvar AVM-dən (iticket satış məntəqəsi). ASAN XİDMƏT 2, 3-dən (Yasamal, Amay t/m) və onlayn şəkildə İticket.az (onlayn) saytından əldə edə bilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR