Karateçilərimizdən 3 medal

Karateçilərimizdən 3 medal

Azərbaycan karateçiləri Tokioda Karate1 Premyer Liqa turnirində 3 medal qazanıblar.

Sport7.az xəbər verir ki, İrina Zaretska (-68 kq) yarışın qalibi, Rafael Ağayev (-75 kq) gümüş, Ayxan Mamayev (-84 kq) isə bürünc mükafata sahib olub.

Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov idmançılarımızı dəstəkləmək üçün Nippon Budokanda yarışı izləyib və milli komandanın heyəti ilə görüşüb.
 
Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından nüfuzlu turnirinin 5-ci mərhələsi, Olimpiadada karate yarışlarının keçiriləcəyi Nİppon Budokan idman zalında təşkil olunub. Yarışa 79 ölkədən 649 karateçi qatılıb.
 
Karate1 seriyasından Premyer Liqa turniriin altıncı mərhələsi 6-4 oktyabr tarixlərində Moskvada keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR