Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza

Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza

AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Ağsu"nun futbolçusu Ceyhun Rəcəblini 4 oyunluq cəzalandırıb. 

Sport7.az xəbər verir ki, buna oyunçunun II turda "Səbail-2" ilə matçda hakimi təhqir etməsi səbəb olub. Əyalət təmsilçisi bunun üçün 320 manat məbləğində cərimələnib. 

Qeyd edək ki, qarşılaşma "Səbail"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR