AFFA cəzaları yağdırdı

AFFA cəzaları yağdırdı

AFFA-nın inzibatı binasında İntizam Komitəsinin iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın IV turunun "Sumqayıt” – "Zirə” matçında"Sumqayıt” və "Zirə” klubunun bəzi rəsmilərinin "A” buraxılışından istifadə etməməsinə görə hər iki klub 800 manat cərimə olunur.

Premyer Liqanın IV turunun "Sabah” – "Qəbələ” matçında "Sabah” və "Qəbələ” klublarının 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur.

Premyer Liqanın IV turunun "Keşlə” – "Səbail” matçında "Keşlə” və "Səbail” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur.

I divizionun III  turunun "Səbail-2” – "Sabah-2” matçında "Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

"Səbail-2” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur.

"Sabah-2” klubunun nümayəndəsinin oyun öncəsi iclasa 10 dəqiqə gecikdiyinə  görə klub 80 manat cərimə olunur.

I divizionun III turunun "Zirə-2” – "Qarabağ-2” matçında əvəzetmə zamanı "Zirə-2” klubunun protokolda adı olmayan futbolçusu (Nizami Səmədov) meydançaya çıxdığına görə klub 400 manat cərimə olunur, hesab isə olduğu kimi – 1:7 saxlanılır.

Oyunun 51-ci dəqiqəsində "Zirə” klubunun 19 №-li futbolçusu Müşfiq İlyasov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Oyunun 90+2-ci dəqiqəsində "Qarabağ” klubunun 39 №-li futbolçusu Zaur Fərzəliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

I divizionun III turunun "Qaradağ Lökbatan” – "Ağsu” matçının 51-ci dəqiqəsində "Qaradağ Lökbatan” klubunun 8 №-li futbolçusu Sərxan Əhmədli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur.

"Qaradağ Lökbatan” komandası oyunun video yazısını təqdim etmədiyinə görə 80 manat cərimə olunur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR