"Qarabağ" - APOEL matçına neçə bilet satılıb?

"Qarabağ" - APOEL matçına bilet satışı davam edir.
 
Sport7.az xəbər verir ki, Azərbaycan çempionunun kiprlilərlə matçına maraq böyükdü. Belə ki, görüş üçün ayrılan biletlərin xeyli hisssəsi öz sahibini tapıb. Klubdan verilən məlumata görə bu görüş üçün satışa çıxarılan biletlərin artıq 25 000-i satılıb. Satış davam edir.
 
Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 AZN-dir. APOEL-ə matça baxmaq istəyənlər biletəri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik və 28 Mall (iticket satış məntəqəsi), Park Bulvar AVM (Qarabağ FK fan-şop) və ASAN 2, 3-ə (Yasamal, Amay t/m) gedə, o cümlədən "İticket.az" saytından onlayn şəkildə əldə edə bilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR