Messi Ronaldunu geridə qoydu

Messi Ronaldunu geridə qoydu

"Barselona"nın hücumçusu Lionel Messi La Liqanın 11-ci turu çərçivəsində "Valyadolid"lə oynanılan matçda dubl müəllifi olub.

Messi klub karyerası ərzində vurduğu qolların sayını 608-ə çatdırıb. Argentinalı futbolçu bu nəticəyə 695 matçda nail olub.

Beləliklə, Leo klub karyerasında 606 qolun (814 oyunda) müəllifi olan Kriştianu Ronaldunu geridə qoyub. Messi oyun başına 0,87 qol, portuqaliyalı ulduz isə 0,74 qol ortalaması ilə oynayır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR