"Qarabağ" - "Keşlə" matçında 4 qol - YENİLƏNDİ

Bu gün Azərbaycan Premyer Liqasında 14-cü, yəni 2019-cu ilin son turuna start verilib.

Sport7.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib. Matçın 4-cü dəqiqəsində "Qarabağ" Dani Kintana ilə hesabı açıb. Ancaq 40-cı dəqiqədə "Keşlə" Hacıağa Hacılının avtoqolu sayəsində bərabərliyi təmin edib. Bu birinci hissədə son qol olmayıb. 45-ci dəqiqədə Mahir Əmrəli komandasını önə çıxarıb. Ancaq "Keşlə"nin məğlub durumu o qədər də uzun çəkməyib. Belə ki, ikinci hissə başlar-başlamaz Tərlan Əhmədovun komandası matçın 4-cü və sonuncu qolunu vurub. Beləliklə, Azərbaycanda 2019-cu ilin son turu 4 qollu "sülh"lə başlayıb.

Azərbaycan Premyer Liqası, 14-cü tur

19.00. "Qarabağ" - "Keşlə" 2:2
(Dani Kintana, 4, Hacıağa Hacılı, 40-öz qapısına, Mahir Əmrəli, 45, Tural Bayramlı, 47) 

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Dani Kintana, 8. Markos Madera, 17. Abdullah Zubir, 3. Aylton Silva, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 1. Asmir Beqoviç, 13. Vaqner da Silva, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

"Keşlə": 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 5. Franko Flores, 7. Tural Bayramlı, 97. Xəzər Mahmudov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov.
Baş məşqçi: Tərlan Əhmədov.

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu

Turun digər görüşləri dekabrın 8-də keçiriləcək

"Sabah” – "Neftçi”
"Zirə” – "Səbail”
"Sumqayıt” – "Qəbələ”
 
N Klublar O Q H M T-F X
1 Qarabağ 14 9 4 1 24-7 31
2 Keşlə 14 6 5 3 18-12 23
3 Neftçi 13 6 4 3 20-11 22
4 Sumqayıt 13 5 2 6 17-19 17
5 Zirə 13 3 5 5 14-21 14
6 Sabah 13 3 4 6 14-16 13
7 Qəbələ 13 3 3 7 13-23 12
8 Səbail 13 3 3 7 9-20 12
 
Bombardir: Lorenzo Frutos ("Keşlə") - 6 qol

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR