"Qarabağ"ın rəqibi baş məşqçisini istefaya göndərdi

Kiprin APOEL futbol komandasının baş məşqçisi Tomas Doll istefaya göndərib.

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xəbərə görə, almaniyalı mütəxəssis və köməkçiləri ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Komandaya rəhbərlik müvəqqəti olaraq, Lukas Hatziloukasa tapşırılıb.

Qeyd edək ki, APOEL öncə "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində (1:2, 2:0), ardından Avropa Liqasının qrup mərhələsində (2:2, 2:1) qarşısını kəsib. Hazırda bu klub Kipr çempionatında 9 matçdan 18 xalla 4-cü pillədə qərarlaşıb. Lakin komandanın ehtiyatda 3 oyunu var.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR