Ançelotti

Ançelotti "Arsenal"ı çalışdıra bilər

"Napoli"nin sabiq baş məşqçisi Karlo Ançelotti karyerasını İngiltərədə davam etdirə bilər.

"Sky Sport Italia"nın xəbərinə görə, "Arsenal" və "Everton" Ançelottinin xidmətində maraqlıdılar. "Topçular" istefa xəbəri yayıldıqdan dərhal sonra italiyalı mütəxəssislə əlaqə yaradıb.

"Arsenal"ın baş məşqçi postu müvəqqəti olaraq Fredrik Yunqberqə həvalə olunub. İsveçlinin rəhbərliyi altında 3 matçda meydana çıxan London klubu 1 dəfə qələbə qazanıb, 1 dəfə məğlub olub, 1 oyunda isə bərabərlik qeydə alınıb.

"Arsenal"ın namizədləri sırasında Mikel Arteta və Nunu Eşpiritu Santunun da adları var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR