"2020-ci ildə daha da güclü olacam" - Bianka Andreesku

"US Open"in qalibi Bianka Andreesku dizindəki zədə səbəbindən WTA final turnirindəki iştirakını dayandırıb.

Kanadalı tennisçi mətbuat konfransında bu barədə danışıb:

"Təəssüf ki, analizlərin nəticələri elə də yaxşı deyil. Mövsümü istədiyim formada başa vura bilmədiyim üçün məyusam. Ümid edirəm ki, bura yenidən qayıtmaq imkanım olacaq.

Tennisdə ən yaxşılar sırasında olmaq gözəldi. İnanılmaz turnirdi, bəlkə də, mövsümün ən yaxşılarından biridi. Növbəti il bura qayıtmaq istəyi ilə oynamaqdan daha güclü motivasiya ola bilməz. İndilik bir az fasilə verəcəm. Ailəm və dostlarımla zaman keçirəcəm, bərpa prosesinin ardınca isə yeni mövsüm hazırlıqlarına başlayacam. 2020-ci ildə daha da güclü olacam".
 
Qeyd edək ki, Andreeskunu WTA final turnirində Sofiya Kenin əvəz edəcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR