Azərbaycanda daha bir futbol klubu DAĞILIR

Azərbaycanda daha bir futbol klubu DAĞILIR

Təxminən bir ay öncə AFFA-nın danışılmış oyunlarla bağlı qərarı gündəmə bomba kmi düşdü.

Sport7.az xəbər verir ki, adı danışılmış oyunlarda hallanan 23 oyunçunu futboldan silindi. Bu əməliyyatdan ən ağır zərbəni isə birinci divizionda çıxış edən "Ağsu” aldı. Bölgə təmsilçisinin 12 oyunçusu məlum səbəbdən klubdan qovuldu.

Maraqlıdı, birdən-birə heyətdən bu qədər oyunçunun getməsi fonunda komanda çıxışını necə davam etdirəcək?

Vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün "Futbol+” qəzetinin əməkdaşları komandanın baş məşqçisi Zaur Əsədovla əlaqə saxlayıb. Çalışdırıcının sözlərindən vəziyyətin acınacaqlı olduğu anlaşılır.

Sitat: "Açığı, dəyişən bir şey yoxdu. Klub hələ də fəaliyyət göstərmir. Yeni bir xəbər yoxdu. Biz də nə olacağını gözləyirik. Gözləyirik ki, bəlkə bu gün-sabah bir xəbər çıxdı. Düzdü, bütün komandalar hazırlığa başlayıb, yalnız biz qalmışıq. Yəqin ki, 3-4 günə bizim də aqibətimiz bəlli olar, bir xəbər çıxar. Vəziyyət belə olanda, gələcək plan haqda da nəsə demək olmur. Üstəlik, heyətdə çatışmazlıqlar var. Bundan sonra komandaya oyunçu cəlb etmək də çətin olacaq. Ancaq yenə də futbolçu yığmağı bacararıq. Çünki bu günə kimi hələ də bəzi oyunçular mənə yazırlar, komandaya gəlmək istədiklərini bildirirlər. Ancaq durum bəlli olmadığı üçün onlara dəqiq söz deyə bilmirəm”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR