"Neftçi"nin veteran futbolçusu dünyasını dəyişdi

"Neftçi" klubunun keçmiş futbolçusu Vitali Xluçin dünyasını dəyişib.

Sport7.az xəbər verir ki, veteran yarımmüdafiəçi 80 yaşında vəfat edib. Bu haqda "Neftçi"nin mətbuat xidmətindən məlumat veilib. Klub yayımladığı başsağlığı mesajında Xluçinin ailəsinə, yaxınlarına və Azərbaycan futbol ictimaiyyətinə başsağlığı verib.

Xluçin 1959/1960, 1963/1964 və 1966-cı ildə "ağ-qaralar"ın formasını geyinib. Həmçinin o, "Polad" (Sumqayıt), "Araz" (Naxçıvan) klublarında da çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR