Millimizin sabiq baş məşqçisi koronavirusdan vəfat etdi

Millimizin sabiq baş məşqçisi koronavirusdan vəfat etdi

Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov vəfat edib.

Sport7.az xəbər verir ki, bu barədə Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlama verib. 

Onun sözlərinə görə, Maqomed Aliomarov koronavirusun səbəb olduğu xəstəlikdən dünyasını dəyişib: "Bəli, koronavirus. İnanmaq istəmirəm. O qədər planlar, o qədər vəzifələr, o qədər enerji var idi. O, ətrafında bütün qızları toplamışdı”.

Qeyd edək ki, 68 yaşlı dağıstanlı mütəxəssis Azərbaycandan ayrıldıqdan sonra 2019-cu ildən Rusiya yığmasını çalışdırırdı.

Maqomed Əliömərov AGF-də vitse-prezident vəzifəsinə 2007-ci ildə təyin olunub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarınadək qadın güləşi üzrə millinin də baş məşqçisi olub. 2019-cu ilin fevralından isə Əliömərov Rusiyanın eyni növ üzrə yığmasına rəhbərlik edib.
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR