"Bavariya" və Levandovskidən yeni rekord

"Bavariya” daha iki rekorda imza atıb.

Sport7.az xəbər verir ki, Münhen təmsilçisi bunu ölkə kubokunun finalında rəsmiləşdirib. "Bayer” üzərində 4:2 hesablı qələbə "Bavariya” üçün ardıcıl 17-ci olub. Bütün turnirlərdə üst-üstə 17 qələbə klub tarixinin rekordu olub.

Münhenlilərin məğlubiyyətsiz oyunlar seriyası da rekord həddə - 26-ya çatıb. Son məğlubiyyət ötən il dekabrın 7-də keçirilən Mönhenqladbax "Borussiya”sı ilə matça təsadüf edib – 1:2.

Finaldakı qələbədə iki qolla pay sahibi olan Robert Levandovski də hər iki turnirin bombardiri olub. 34 qolla Bundesliqanın ən məhsuldar oyunçusu adını qazanan polşalı hücumçu kubokda 6 topla hamını qabaqlayıb. O, ümumilikdə mövsümün 43 matçında 51 qola sevinib.

"Bavariya” həm də 20-ci dəfə kubok sahibi və 13-cü "Qızıl dubl” müəllifi olmaqla da rekordlarını yeniləyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR