Dünya çempionu vəfat etdi

Dünya çempionu vəfat etdi

1966-cı il dünya çempionatının qalibi, İngiltərə millisinin keçmiş müdafiəçisi Cek Çarlton 85 yaşında dünyasını dəyişib.

Sport7.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb. Çarlton son illərdə demensiyadan əziyyət çəkirdi. 2019-cu ildə isə ona lenfoma diaqnozu qoyulmuşdu.

Çarlton bütün karyerasını "Lids"də keçirib. O, 762 matçda klubun formasını tərlədib. Bu, "Lids" tarixində ikinci ən yaxşı göstəricidi. Cek yalnız Billi Bremnerdən (771 oyun) geri qalır. İngilis futbolçu DÇ-1966 ilə yanaşı, İngiltərə çempionatı, FA Kuboku, Liqa Kuboku və Superkubokun qalibi olub.

Çarlton məşqçi kimi "Midlsbro", "Şeffild Uensdey", "Nyukasl" və İrlandiya yığmasında işləyib.

Qeyd edək ki, Cek "Mançester Yunayted" əfsanəsi, dünya çempionu və "Qızıl top"un sahibi Bobbi Çarltonun qardaşıdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR