Messidən daha bir rekord

Messidən daha bir rekord

"Barselona"nın kapitanı Lionel Messi daha bir tarixi rekorda imza atıb.

Sport7.az xəbər verir ki, argentinalı superulduz La Liqanın 36-cı turunda "Valyadolid"lə səfər qarşılaşmasında bunu bacarıb. Görüşün 15-ci dəqiqəsində Arturo Vidalın vurduğu qolun məhsuldar ötürməsini verən 33 yaşlı oyunçu cari mövsüm assist sayını 20-yə çatdırıb. Onun aktivində həmçinin 22 qol var. Bununla Messi La Liqa tarixində bir mövsümdə 20 qol və 20 assist həddinə çatan ilk futbolçu olub.
 
Matç "Barselona"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR