"Neftçi"dən növbəti transfer - RƏSMİ

"Neftçi" klubu transfer etdiyi növbəti futbolçunu təqdim edib. 

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Bu, braziliyalı Tallison Diasdır. Onunla 2 illik müqavilə bağlanılıb. 29 yaşlı sol cinah oyunçusu 91 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, sonuncu klubu "Quarani” (2019-2020) olan Tallison Diaz Braziliyanın ASA (2012-2014), "Flamenqo” (2015-2016), "Fortaleza” (2015), "Ferroviaria” (2016), "Seara” (2016-2017), "Red Bull Brasil” (2017), "Vitoria” (2017-2018) və "Novorizontino” (2018), həmçinin Belçikanın "Sent-Trüden” (2018-2019) klublarında oynayıb. 

"Neftçi” bundan əvvəl cinah müdafiəçisi Cabir Əmirli ilə yanaşı, nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı, Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souzanı transfer etmişdi. Bundan əlavə, "Səbail”lə icarə müqaviləsi başa çatmış Fəhmin Muradbəyli komandamıza qayıdıb.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR