"Keşlə" "Zirə"ni məğlub etdi

Qəbələdə təlim-məşq toplanışında olan "Keşlə” ilə "Zirə” dünən yoxlama oyununda üz-üzə gəlib.
 
Sport7.az xəbər verir ki, görüşün taleyini bir qol həll edib.
 
Azərbaycanı Avropa Liqasında təmsil edəcək paytaxt klubunun yeni transferi Rəhman Hacıyevin 6-cı dəqiqədə vurduğu top qələbə üçün yetərli olub.
 
Qeyd edək ki, "Keşlə” ilk sınaq matçında "Qarabağ”a 1:3 hesabıyla uduzub. Rəşad Sadıqovon baş məşqçisi olduğu "Zirə" isə ilk görüşdə "Qəbələ" ilə qolsuz heç-heçə edib.
 
Yoxlama oyunu
1 avqust
 
Keşlə - Zirə 1:0
Qol: Rəhman Hacıyev, 6
Qəbələ. Şəhər stadionu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR