"Qarabağ"dan böyükhesablı qələbə

Avrokoboklarda iştirak edəcək təmsilçilərimiz "Qarabağ"la "Keşlə" yoxlama matçında üz-üzə gəlib.
 
Sport7.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmada "Qarabağ" böyükhesablı qələbə qazanıb.

Bu, "Qarabağ"la "Keşlə"nin Qəbələdə 4-cü sınaq matçı olub. Sözügedən komandalar yay fasiləsində ilk yoxlama oyunlarını öz aralarında keçirmişdi. Bu qarşılaşmada Qurban Qurbanovun kollektivi 3:1 hesablı qələbə qazanmışdı. Daha sonra "Sabah"a 1:2 hesabı ilə məğlub olan ağdamlılar "Neftçi"ni 1 qolla yenmişdi. "Keşlə" isə "Zirə"ni 1:0, "Səbail"i 2:0 hesabıyla məğlub edib. 

Yoxlama matçı

5 avqust

19:00. "Qarabağ" - "Keşlə" - 4:0 
(Abdullah Zubir, 30, Kevin Medina, 70, Mahir Emreli, 76, Ovusu Kvabena, 89)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR