"Milan"ın yeni hədəfi

"Milan” transfer siyahısına daha bir futbolçunun adını salıb.

Sport7.az xəbər verir ki, A seriyası təmsilçisi Lukas Torreyranın transferində maraqlıdır.

Klub rəhbərliyi İngiltərə "Arsenal”ının yarımmüdafiəçisinin komandaya faydalı olacağını düşünür. Futbolçunun özü də London təmsilçisinin ayrılmaq istədiyini açıqlayıb.

Müqaviləsi 2023-cü ilin mayında başa çatacaq yarımmüdafiəçinin transfer məbləği 23 milyon avro olaraq dəyərləndirilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR