Ronaldodan yeni rekord

Ronaldodan yeni rekord

"Yuventus" klubunun futbolçusu Kristiano Ronaldo İtaliya A Seriyasının ilk turunda növbəti statistik nailiyyətə imza atıb. 

Sport7.az xəbər verir ki, bu haqda "Squawka" yazıb. 35 yaşlı hücumçu "Sampdoriya" ilə görüşdə "çərçivə"yə 10 dəqiq zərbə vurmağı bacarıb. Bu isə Avropanın top-5 liqasında bütün oyunçular arasında ən yaxşı göstərici hesab olunur. 

Portuqaliyalı forvard 3:0 hesabı ilə qalib gəldikləri matçda qol və məhsuldar ötürmə ilə də yadda qalıb. Ronaldu bu qolla öz məhsuldar seriyasını uzadıb.

Digər tərəfdən, təcrübəli hücumçu klub səviyyəsində ardıcıl 19-cu mövsüm qol vurub. Bunadək Ronaldu Portuqaliya "Sportinq"i, İngiltərə "Mançester Yunayted"i və İspaniya "Real"ında fərqlənib. 

Hücumçu "Twitter" hesabında mövsümə qələbə ilə başlamağın həmişə yaxşı olduğunu bildirib.
 
Ronaldo 2018-ci ildən "Yuventus"da çıxış edir. Ronaldu bu komandada iki dəfə İtaliya çempionatının, bir dəfə isə ölkə Super Kubokunun qalibi olub. Ulduz futbolçunun klubla sözləşməsi 2022-ci ildə başa çatacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR