"Qarabağ"dan 6:1 hesablı qələbə - YENİLƏNDİ

Bu gün Azərbaycan Premyer Liqasında X tura start verilib.

Sport7.az xəbər verir ki, milli komandaların oyunları ilə bağlı ölkə çempionatında yaranmış 2 həftəlik fasilə başa çatıb.

Əslində ilk oyun günündə iki oyun keçirilməli idi. Lakin "Sabah” – "Səbail” oyunu bəzi futbolçuların yenidən COVID-19 testindən keçəcəkləri ilə əlaqədar təxirə salınıb. Oyunun yeni tarixi hələ bəlli deyil.

Son illərin dəyişməz çempionu "Qarabağ” öz meydanında "Sumqayıt”ı sınağa çəkib. Heyətində ciddi itkilər olan meydan sahibləri görüşə cəmi iki nominal müdafiəçi ilə çıxsa da, Maksim Medvedevlə Rahil Məmmədovun koronavirusa yoluxması, Abbas Hüseynovla Bədavi Hüseynovun zədəli olması da "Sumqayıt”ın darmadağından qurtarmayıb. 

Oyunun taleyini artıq ilk yarıda vurulan üç cavabsız qolla həll edən Qurban Qurbanovun yetirmələri çempionatın liderinin darmadağınını ikinci hissədə vurulan qollarıa yekunlaşdırıb. Qonaqlar isə yalnız təsəlli qolu vura bilib – 6:1. Bundan öncə "Keşlə”ni 6:1, "Neftçi”ni 6:0 hesabı ilə məğlub edən "Qarabağ” ardıcıl üçüncü dəfə 6 qol vurub.
 
Qeyd edək ki, turun digər oyunları noyabrın 22-də olacaq. Həmin gün "Qəbələ" "Neftçi"ni, "Zirə" "Keşlə"ni qəbul edəcək.
 

Azərbaycan Premyer Liqası
X tur
21 noyabr
16:00. "Qarabağ" - "Sumqayıt" 6:1
Qollar: Donald Qerye, 28, 45+1, Abdullah Zubir, 34, 90, Toral Bayramov, 54, Mahir Emreli, 75 - Tellur Mütəllimov, 87


"Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Qerye, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 11. Mahir Emreli, 9. Xayme Romero, 22. Musa Qurbanlı, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev

"Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 4. Kərəm Sultanov, 17. Murad Xaçayev

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 22. Cavid İmamverdiyev, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 35. Eldost Qiyasbəyli, 29. Sərvin İsmayılov

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Azersun Arena".

Qeyd edək ki, turun digər oyunları noyabrın 22-də olacaq. Həmin gün "Qəbələ" "Neftçi"ni, "Zirə" "Keşlə"ni qəbul edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR