"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin IV turunda "Başakşehir Fatih Terim" stadionunda "Sivasspor"u qəbul edəcək.
Sport7.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov sabah-25 noyabrda, yerli saat 19:00-da (Bakı vaxtı ilə 20:00) media nümayəndələrinin suallarını cavablandıracaq.
"Qarabağ" isə saat 19:30-da (Bakı vaxtı ilə 20:30) qarşılaşmanın keçiriləcəyi stadionda son məşqinə çıxacaq.
Rəqib komandanın baş məşqçisi isə saat 16:30-da (Bakı vaxtı ilə 17:30) mətbuat konfransı keçirəcək, "Sivasspor"un son məşqi isə saat 17:00-da (Bakı vaxtı ilə 18:00) baş tutacaq.
"Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-sı, saat 20:55-də (Bakı saatı ilə 21:55) start götürəcək.
Sport7.az