"Barselona"da prezident seçkilərinin vaxtı müəyyənləşdi

"Barselona"da prezident seçkisi 24 yanvar 2021-ci ildə keçiriləcək.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. İmza toplanılma prosesi 23 dekabr - 11 yanvarda olacaq. Bu məqsədlə "Nou Kamp" stadionu da daxil olmaqla, 10 məntəqə quraşdırılacaq.

14 dekabra nəzərdə tutulan idarəetmə komissiyasının iclasında seçki proseduru təsdiqlənəcək və 16 oktyabrda rəsmən elan veriləcək.

Seçki kampaniyası 15 - 22 yanvarda keçiriləcək.

"Barselona"da klub prezidenti postu Jozep Bartomeunun istefasından sonra vakant qalıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR