Millinin baş məşqçisi istefaya göndərildi

Millinin baş məşqçisi istefaya göndərildi

Polşa millisi baş məşqçisi Yeji Brjeçeklə yollarını ayırıb.

Sport7.az xəbər verir ki, bu haqda Polşa Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəsis istefaya göndərilib. Qurumun sözçüsü Yakup Kvyatkovski Brjeçekin istefasının səbəbini açıqlamaqdan imtina edib: "İki ildən çox işlədiyi üçün ona minnətdarıq. Hazırda nə olacağı barədə düşünəcəyik. Dünya çempionatının seçmə mərhələsinə iki ay qalıb".

Brjeçek 2018-ci ilin avqustundan Polşa seçməsinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR