"Latsio" İnzaqi ilə bağlı qərar verib

"Latsio” baş məşqçisi Simeno İnzaqi ilə bağlı qərarını verib.

Sport7.az xəbər verir ki, 44 yaşlı mütəxəssis Roma təmsilçisi ilə yeni müqavilə imzalayacaq. Bunu çalışdırıcı özü yerli mətbuata açıqlamasında bildirib: "Bu yaxınlarda klub prezidentini gördüm. O, bildirdi ki, yeni müqavilə hazırdır. Mən də sözləşməyə qol çəkməyi gözləyirəm”.

2016-cı ildən "Latsio”nu çalışdıran Simone İnzagi paytaxt klubuna bir dəfə İtaliya kubokunu, iki dəfə isə Superkubokunu qazandırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR