Bundesliqa klubunda yeni baş məşqçi

Bundesliqa klubunda yeni baş məşqçi

Almaniya Bundesliqası təmsilçisi "Arminiya"nın yeni baş məşqçisi bəlli olub.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Komanda Frank Kramerə tapşırılıb. 49 yaşlı mütəxəsisin müqaviləsi 2023-cu il iyunun 30-dək qüvvədədir. Kramer bu postda ötən gün istefaya göndərilmiş Uve Noyxausu əvəzləyib.

Noyxaus 2018-ci ildən "Arminiya"ya başçılıq edirdi. Bilefeld təmsilçisi 22 turdan sonra 18 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR