2032-ci ildə olimpiada keçirməyə əsas namizəd açıqlandı

2032-ci ildə olimpiada keçirməyə əsas namizəd açıqlandı

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsi Avstraliyanın Kvinslend ştatını 2032-c ildə keçiriləcək Yay Olimpiya Oyunlarına əsas namizəd kimi təsdiqləyib.

Sport7.az xəbər verir ki, bu barədə IOC-un prezidenti Tomas Bax mətbuat konfransında bildirib. Kvinslend ştatının inzibati mərkəzi Brisben şəhəridir.

"Komissiya "Brisben-2032" Təşkilat Komitəsi və Avstraliya Olimpiya Komitəsi ilə XXXV Olimpiya Oyunlarının mümkün təşkilinə dair danışıqlara başlamağı tövsiyə edib. İcraiyyə Komitəsi intensiv müzakirələrdən sonra bu tövsiyəni yekdilliklə təsdiqləyib", - deyə Bax vurğulayıb.

Məsələ ilə bağlı yekun qərar IOC-un 2021 və ya 2022-cü il Sessiyasında qəbul olunacaq.

Brisbenlə yanaşı, 2032-ci il Oyunlarını keçirmək istəyini Doha (Qətər), Budapeşt (Macarıstan), Reyn-Rur regionu (Almaniya), Çendu və Çuntsin (hər ikisi Çin) ifadə edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR