22 yaşlı futbolçu həbs olundu -  Qonşudakı qadına baxıb...

22 yaşlı futbolçu həbs olundu - Qonşudakı qadına baxıb...

Fransa çempionatının iştirakçısı "Ancers"in formasını geyən Farid El Melali ictimaiyyətə açıq yerdə seksual hərəkətlər etməsi şikayəti ilə həbs olunub. 

Sport7.az xəbər verir ki, polisin Əlcəzair millisinin 22 yaşlı futbolçusunun evinin həyətində masturbasya etdiyi üçün sorğuya çəkdiyi bildirilib. "Yalnız olduğumu sanırdım" deyən futbolçu sorğu zamanı günahını etiraf edib. Onun vəkili Sandra Çirak-Kollarik isə açıqlamasında "Heç kimi hədəf almırdı. Kiməsə hücum etmək kimi fikri də yox idi" sözlərini işlədib. Sorğu-sualdan sonra sərbəst buraxılan El Melali üçün araşdırma başlayacaq. Oyunçunun aprel ayında da oxşar hərəkətə yol verdiyi iddia edilir.
 
Klubdan verilən açıqlamada durumun normallaşmasından sonra hər hansı qərar çıxarılacağı bildirilib. "Ekip"in xəbərinə görə futbolçunun qadın qonşusu da açıqlama verib. O, "Mənə baxaraq masturbasiya etdi" ifadələrini işlədərək şikayətçi olub.   
 
Olaydan bir neçə gün öncə klubu ilə 2023-cü ilə qədər yeni müqavilə imzalayan futbolçu bu mövsüm zədə üzündən yalnız 8 matçda meydana çıxıb və 5 qola imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR