3 Azərbaycan klubunun futbolçusuna 4 oyunluq cəza verildi

3 Azərbaycan klubunun futbolçusuna 4 oyunluq cəza verildi

İntizam Komitəsi bu gün keçirdiyi iclasında I dəstə ilə də bağlı qərar çıxarıb.

Sport7.az xəbər verir ki, I Divizionun XV turunun "Göyəzən” – "Bakılı” matçının 83-cü dəqiqəsində "Göyəzən” klubunun 4 №-li futbolçusu Sənan Yusifov və "Bakılı” klubunun 21 №-li futbolçusu Şəhriyar Əhmədli aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 4 oyun cəzalanır, klublar 400 manat cərimə olunur (maddə 38.3)

I Divizionun XV turunun "Turan Tovuz” – "Qaradağ Lökbatan” matçında "Turan Tovuz”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

Oyunun 82-ci dəqiqəsində "Qaradağ Lökbatan” klubunun 44 №-li futbolçusu Murad İsgəndərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyun bitdikdən sonra "Turan Tovuz” klubunun 8 №-li futbolçusu Seymur Tağıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR