Məşhur "Whoscored" statistika portalı "Böyük Beşlik" liqalarında mövsümün ən yaxşı transferlərindən ibarət simvolik komandanı açıqlayıb.
Sport7.az xəbər verir ki, "11-lik"də İtaliya A Seriyası təmsilçisi "Milan"ın 39 yaşlı hücumçusu Zlatan İbrahimoviç də yer alıb. Almaniya "Borussiya"sında (Dortmund) çıxış edən 20 yaşlı forvard Erlinq Holand da rəmzi komandaya düşüb.
2010 - 2012-ci illərdə də "Milan"da çıxış edən Zlatan İbrahimoviç bu ilin əvvəlində İtaliya təmsilçisinə qayıdıb. O, A Seriyasının 19 matçında iştirak edərək, 10 qol vurub və 5 məhsuldar ötürmə verib. Erlinq Holand da yanvarda Avstriya "Zaltsburq"undan "Borussiya"ya keçib.

Sport7.az