"Milan”ın futbolçusu Zlatan İbrahimoviç növbəti titulunu qazanıb.
Sport7.az xəbər verir ki, təcrübəli hücumçu İsveçdə ilin futbolçusu seçilib. 39 yaşlı forvard ölkəsində "Qızıl top”a 12-ci dəfə yiyələnib. İlk dəfə 2005-ci ildə bu mükafata sahib çıxan Zlatan 2007-16-cı illərdə ardıcıl 10 dəfə bu uğura imza atıb.
İsveçdə ilin futbolçusu mükafatı 1946-cı ildən təqdim olunur.
Sport7.az