5 klub və 58 şəxs danışılmış oyunlara görə cəzalandı - Ermənistanda

5 klub və 58 şəxs danışılmış oyunlara görə cəzalandı - Ermənistanda

Ermənistan çempionatının birinci dəstəsində 2019/20 mövsümünü yarımçıq başa çatdırılıb.
 
Sport7.az xəbər verir ki, buna danışılmış oyunlar səbəb olub. 

Məlumatı Ermənistan Futbol Federasiyasının rəsmi saytı yayıb. 
 
İcraiyyə Komitəsinin qərarına əsasən, UEFA və hüquq-mühafizə orqanlarından alınan məlumatlar əsasında 18 iştirakçı klubdan 5-i və 58 şəxs müxtəlif müddətdə diskvalifikasiya olunub. Bu klublar "Araqats”, "Torpedo”, "Masis”, "Lokomotiv” və "Yerevan”dır. Cəzalanan şəxslərdən 45-i ömürlük futboldan kənarlaşdırılıb.

Qeyd edək ki, çempionat başa çatdırılan vaxt "Van” və "Lokomotiv” 70 xalla lider idi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR