5 qat çempion Premyer Liqada iştirakdan imtina etdi

5 qat çempion Premyer Liqada iştirakdan imtina etdi

"İrtış" Qazaxıstan çempionatındakı çıxışını dayandırıb.
 
Sport7.az xəbər verir ki, bu barədə ölkənin futbol liqasının rəsmi saytı məlumat yayıb. 
 
"İrtış" maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən 2020-cı ildə Qazaxıstan Premyer Liqasında iştirakdan imtina etmək qərarına gəlib.

Pavlodar klubunun iştırakı ilə keçiriləcək oyunlar yenilənmiş təqvimdən çıxarılacaq.

Qeyd edək ki, "İrtış" Qazaxıstan çempionatının 5 qat (1993, 1997, 1999, 2002, 2003) qalibidi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR