"500 milyon avro təklif etsələr belə, onu satmayacağıq" - Pep Quardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola "Pep's City: The Making of a Superteam" adlanan yeni kitabında Fil Fodenin komanda üçün önəminə xüsusi diqqət çəkib:

"Fodenlə müqavilə yeniləməyimiz təsadüfi addım deyil. Təklifdən asılı olmayaraq, komandada satılmayacaq yeganə oyunçu Fodendi - yeganə! Hətta 500 milyon avro təklif etsələr belə, fikrimiz dəyişməyəcək.

Fil heç yerə getməyəcək. O,"Siti"nin oyunçusudu. Həmin mövqe üçün başqa birini düşünmürük. David Silva komandanı tərk etdikdən sonra onun yerini kimin dolduracağından əminik. Foden bizdən biridi və gələcəkdə əla oyunçuya çeviriləcək. O, bəlkə də, Premyer Liqanın ən yaxşılarından biri olacaq".

"Pep's City: The Making of a Superteam" kitabı 24 oktyabrda satışa çıxacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR