75 futbolçunun testi müsbət nəticə göstərib

75 futbolçunun testi müsbət nəticə göstərib

Səudiyyə Ərəbistanının iki liqasında 75 futbolçu koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, bu, aparılmış test nəticəsində müəyyənləşib. Superliqada 50 futbolçu, 47 məşqçi və 16 rəsmi şəxsdə cavablar müsbət çıxıb. I Liqada isə 25 futbolçu yoluxub. 

Başa çatdırılmağa 8 turu qalan Səudiyyə Ərəbistanı çempionatı avqustun 4-də bərpa olunacaq və sentyabrın 9-da yekunlaşacaq. 

Ölkədə futbol yarışları martın 14-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Səudiyyə Ərəbistanında azarkeşsiz idman məşqləri iyunun 21-dən bərpa olunub. 

Səudiyyə Ərəbistanında 22 turdan sonra "Əl Hilal" 51 xalla 1-ci, "Əl Nəsr" 2-ci yerdə gedir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR