9 qat dünya çempionu koronavirusa yoluxdu

9 qat dünya çempionu koronavirusa yoluxdu

Şose-dairəvi motoyürüş üzrə 9 qat dünya çempionu Valentino Rossi koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, bu barədə 41 yaşlı idmançının özü şəxsi "Twitter" səhifəsində açıqlama yayıb. İtaliyalı motosikletçi bu gün səhər özünü pis hiss etdiyini bildirib. Rossi testlərindən ikincisinin müsbət nəticə verdiyini söyləyib. O, həftəsonu Araqona Qran-prisini buraxacağını diqqətə çatdırıb.

Rossi bu mövsüm dünya çempionatında hələlik 13-cü yerdə gedir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR