92 gün sonra meydana qayıtdı

92 gün sonra meydana qayıtdı

"Qarabağ"ın futbolçusu Danilo Dias uzun müddətdən sonra meydana qayıdıb.

Sport7.az xəbər verir ki, braziliyalı dünən "Xəzər Lənkəran"la keçirilən oyunun 90+1-ci dəqiqəsində Cavid Tağıyevin yerinə meydana çıxaraq bir neçə dəqiqə oynayıb.

Dias sonuncu dəfə sentyabrın 18-də "Sent-Etyen"lə Bakıda baş tutan Avropa Liqasında matçında oynamışdı. Həmin oyunun son 10 dəqiqəsində oynayan braziliyalı 92 gün yaşıl meydanlardan kənarda qalib. Bu müddətdə "Qarabağ" 17 oyun keçirib.

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR