A Seriyasında hər gün oyun keçiriləcək

A Seriyasında hər gün oyun keçiriləcək

İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq.

Sport7.az xəbər verir ki, A Seriyasında hər gün oyun keçirilməsi planlaşdırılır. Avqustun 2-nə kimi çempionatın tamamlanması üçün bu variantdan istifadə ediləcək.

Son məlumatlara görə, 7 müxtəlif başlama saatı müəyyənləşdirilib. Oyunçular İttifaqının tövsiyəsinin nəzər alınacağı və matçların günorta saatlarında keçirilməyəcəyi bildirilir.

Bazar ertəsi və cümə oyunların yerli vaxtla saat 21:00-da, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri isə 19:00 və 21:00-da başlaması planlaşdırılıb.

Şənbə və bazar günləri keçiriləcək qarşılaşmaların başlama saatları 17:15, 19:30 və 21:45 kimi müəyyənləşdirilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR